AZ

Türkmənistan və Britaniya əməkdaşlığı gücləndirir

BAKI, 22 sentyabr. TELEQRAF

2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər Türkmənistan və Böyük Britaniya arasında ümumi ticarət dövriyyəsi 99 milyon funt sterlinq təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə “Business Turkmenistan” məlumat yayıb.

2024-cü ilin birinci rübündə başa çatan əvvəlki dörd rüblə müqayisədə bu rəqəm 33,8 faiz (25 milyon funt-sterlinq) artıb.

Böyük Britaniyanın Türkmənistana ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz (15 milyon funt-sterlinq) artaraq 73 milyon funt-sterlinqə çatıb.

Türkmənistandan Böyük Britaniyaya idxal 62,5 faiz artaraq 26 milyon funt-sterlinq olub ki, bu da əvvəlki illə müqayisədə 10 milyon funt-sterlinq çoxdur.

Seçilən
126
34
teleqraf.com

10Mənbələr