AZ

AQTA: Cəlilabadda ət satışı məntəqəsində normativ tələblər pozulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan müraciət əsasında Cəlilabad rayonunun Alar kəndində fəaliyyət göstərən sahibkar Zahir Miri oğlu Əliyevə məxsus ət satışı məntəqəsində aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Herbiand.az -a verilən məlumata görə, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə olunmadığı müəyyən edilib. Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin görülməsi üçün vaxt verilib.

Seçilən
13
8
herbiand.az

10Mənbələr