AZ

Rubinyan: Ermənistan-Azərbaycan sülh sazişi üçün tarixi imkan var

Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanacağına və ratifikasiya olunacağına ümid edir. O, bu fikirləri İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot Seminarı çərçivəsində səsləndirib.

Rubinyan çıxışında qeyd edib ki, regionda keçmiş münaqişələrin həlli və mehriban qonşuluq əsasında gələcək qurulması üçün tarixi fürsət yaranıb.

O, həmçinin Türkiyə ilə münasibətlərin Ermənistanın xarici siyasətində prioritet olaraq qalmağa davam etdiyini vurğulayıb.

“Bu tarixi fürsət əldən verilməməlidir. Münasibətlərin normallaşması regionda sabitliyə və firavanlığa töhfə verəcək”, - o bildirib. 

Rubinyan əlavə edib ki, Ermənistan açıq sərhədlərə və diplomatik əlaqələrə hazırdır və ümid edir ki, Ankara da bu yanaşmaya müvafiq cavab verəcək.

Təhlükəsizlik siyasətinə toxunan Rubinyan bildirib ki, Ermənistan uzun müddət yalnız bir qütbdən asılı strateji xətt yürüdüb və bu, müxtəlif problemlərə yol açıb. Hazırda hökumət təhlükəsizlik strategiyasını şaxələndirmək üzərində işləyir.

Aytac 

Seçilən
22
6
anews.az

10Mənbələr