AZ

"Var gücümüzlə çalışıb qələbə seriyamızı davam etdirməliyik" - "Şəfa"nın baş məşqçisi

Ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn "Şəfa" çempionatın ən iddialı komandalarından biridir. İlk iki turda iki qələbə qazanan Bakı təmsilçisi qapısında qol da görməyib. Öncə digər debütant "Şimal"ı 2:0 hesabı ilə yenən kollektiv ardından səfərdə "Zaqatala"nı 4 cavabsız qolla yenib. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb növbəti turda "Cəbrayıl"a qarşı keçirəcəkləri ev oyunundan nə gözlədiyini soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Hər oyuna ciddi yanaşmaq lazımdır. Çünki liqada zəif rəqibin olmadığını görürük. Oyunlara lazımı səviyədə yanaşmasaq, bu bizim üçün heç də yaxşı nəticələnməyə bilər. "Cəbrayıl" komandasını ciddi rəqib olaraq görürəm. Təhlükəli legioner futbolçuları var və bu oyunda da var gücümüzlə çalışıb qələbə seriyamızı davam etdirməliyik".

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr