AZ

Rusiya ordusu bu qəsəbəni işğal etdi

Rusiya Müdafiə Nazirliyi, Rusiya ordusunun Dnepropetrovsk vilayətində yerləşən Kalinovskoye qəsəbəsini nəzarətə aldığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, nazirliyin verdiyi məlumata görə, “Şərq” hərbi qrupunun bölmələri, düşmənin müdafiəsini dərinliyinə doğru keçərək bu ərazini azad ediblər.

Açıqlamada, hərbi əməliyyatların uğurla başa çatdığı və strateji əhəmiyyətə malik olan bu ərazinin artıq Rusiya qüvvələrinin nəzarəti altında olduğu bildirilib. Kalinovskoye qəsəbəsinin azad edilməsi, müharibə zonasındakı vəziyyətə yeni təsir göstərəcək mühim bir addım kimi qiymətləndirilir.

Seçilən
12
veteninfo.az

1Mənbələr