AZ

Fransadan Azərbaycana pul köçürmələri 5 dəfəyədək artıb

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Fransadan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Azərbaycana 12 milyon 73 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə (9 milyon 536 min dollar) çoxdur. Ötən ilin yanvar-iyun aylarında bu məbləğ 2 milyon 537 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci yarımildə Fransadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ilin yanvar-iyun aylarındakı 0,4%-dən 2,3%-ə yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
banco.az

5Mənbələr