ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Ruanda Prezidenti Pol Kaqamenin Azərbaycana səfəri və ölkələrimiz arasında hava əlaqəsi, təhsil, kənd təsərrüfatı, dövlət xidmətləri sahəsində əməkdaşlığı ehtiva edən sənədlərin imzalanması Azərbaycanın Afrika siyasətində yeni mərhələdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrərmov deyib.
Onun sözlərinə görə, eyni zamanda onu da unutmaq olmaz ki, Azərbaycan-Ruanda münasibətləri yalnız Afrika qitəsi çərçivəsində təfsir olunmamalıdır:
"Ruanda beynəlxalq birlikdə səs hüququna malik və çoxsaylı platformalarda əməkdaşlıq etdiyimiz subyektdir. Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin mübadilə mərasimində cənab İlham Əliyevin ifadə etdiyi kimi, "Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik".
Ötən dövrə nəzər yetirsək, istər Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə, istərsə də BMT daxilində ölkələrimizin hər zaman fəal əməkdaşlığı müşahidə olunub. Xüsusən Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini Ruanda hər zaman dəstəkləmişdir. O cümlədən Azərbaycan və Ruanda arasında Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində yeni bağlar formalaşdırılıb və dövlət başçıçımızın da ifadə etdiyi kimi, Fondun Ruandada təhsil proqramlarını dəstəkləmək şansından məmnunuq. Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, cari səfər Azərbaycan-Ruanda münasibətlərində yeni və səmərəli bir mərhələnin əsasını qoyacaq".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.