AZ

Malta Fələstini tanıyacağını bəyan edəcək

Hurriyyet.az xəbər verir ki, bu gün Nyu-Yorkda, BMT Baş Assambleyasında Malta Fələstin dövlətini rəsmi olaraq tanıdığını elan edəcək.

Bu barədə Malta hökumətinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: “Fələstin dövlətinin tanınması tarixi hadisədir və Malta regionda sülhün əldə edilməsinə sadiq qalır”.

Maltanın baş naziri Robert Abela ilk dəfə may ayında Fələstin dövlətini tanımaq planlarını açıqlasa da, daha sonra BMT konfransı təxirə salınmışdı. 

Bazar günü səhər saatlarında Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstini tanıdıqlarını elan ediblər. Fransa və bir sıra digər ölkələrin bazar ertəsi günü eyni qərarı verəcəkləri gözlənilir.

Hürr Tərcüman

 

Seçilən
2
hurriyyet.az

1Mənbələr