Məşhur müğənni Mabel Matiz Çağlayan Məhkəməsində ifadə verib.
News24.az xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi müğənninin “Perperişan” adlı mahnının ailə dəyərlərinə zərər vurduğunu, gənclərə mənfi təsir göstərə biləcəyini iddia edərək məhkəməyə müraciət edib. Mahnı YouTube, Spotify və Apple Music-dən silinib.
Matiz isə açıqlamasında ittihamları əsassız adlandıraraq əsərinin xalq ədəbiyyatına söykənən metaforik bir sevgi hekayəsi olduğunu deyib. Onun sözlərinə görə, “toy bebe” ifadəsi uşaq mənasında deyil, “təcrübəsiz ruh” anlamını daşıyır. Sənətçi bunun qəsdən təhrif edildiyini və ictimaiyyətə yanlış təqdim olunduğunu vurğulayıb.
Xeyrənsə Piriyeva