AZ

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Trendyol Group” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Trendyol Group” şirkətinin prezidenti Çetin Çağlayan ilə görüşüb.

Bildirib ki, ölkəmizdə aparılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, rəqəmsal iqtisadiyyatın sürətlə inkişafına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.

Görüşdə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, elektron ticarətin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və logistik infrastrukturun gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər həmçinin, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının yeni mərhələdə daha da dərinləşdirilməsi və ortaq layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər.

Görüş qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.

Seçilən
21
6
vergiler.az

8Mənbələr