AZ

İran və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq layihələri müəyyənləşib - Səfir Muctaba Dəmirçilu

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Səfir bildirib ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başa çatdırılacağı gözlənilir.

"Layihələrdən Xəzər dənizində neft rezervuarında əməkdaşlıq anlaşmasının icrası, İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsinin sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu, Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeyd etmək olar. Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafında böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşı münasibətləri var."

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorunda çox yaxşı səviyyədə investisiya yatırıb.

"Eyni zamanda Türkmənistan qazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu iki ölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir. İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsi üçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həmin hidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək", - deyə o qeyd edib.

Seçilən
17
3
day.az

4Mənbələr