"Real Madrid"in baş məşqçisi Xabi Alonso komandanın gənc yarımmüdafiəçiləri Arda Gülerlə Cud Bellingemin meydandakı əlaqələri barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Kral klubu"nun rəsmi saytı belə çatdırıb:
"Onlar oxşar mövqelərdə və eyni vaxtda oynaya bilirlər. Klublararası dünya çempionatında da belə idi. Bir-birini pis tamamlamırlar. Bu o deməkdir ki, Bellingemlə Gülerin meydanda digər futbolçularla - Valverde, Tçuameni və Sebalyosla uzlaşmasını da təmin etmək mümkündür. Yəni mövcud durum mənə idarəçilik planında əlavə imkanlar yaradır".
Nihat