AZ

Putin: Rusiya istənilən təhlükəyə hərbi güclə cavab verməyə hazırdır – VİDEO

Putin bildirib ki, Rusiya istənilən təhlükəyə hərbi güclə cavab verməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Putin həmçinin bəyan edib ki, Rusiya və ABŞ arasında nüvə və strateji silahlara nəzarət üzrə razılaşmalar sistemi demək olar ki, tamamilə məhv edilib.

Onun sözlərinə görə, Moskva 2026-cı ilin fevralında başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsinə əsasən status-kvonu saxlamaq niyyətindədir.

Bununla belə, Rusiya öz şərtlərinə yalnız Vaşinqtonun eyni şeyi edəcəyi təqdirdə əməl edəcək.

Yeni START-ın müddəti bitdikdən sonra, o, raket potensialını məhdudlaşdıran sonuncu razılaşmanın aradan qalxacağını bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
interpress.az

1Mənbələr