"İnklüziv təhsilin inkişafı Azərbaycanda təhsil sisteminin humanist və demokratik dəyərlərə əsaslanmasının bariz nümunəsidir. Son illərdə bu sahədə atılan addımlar dövlətin sosial ədaləti təmin etmək, hər bir uşağa bərabər imkanlar yaratmaq niyyətini əks etdirir. Rəsmi statistikaya görə, hazırda ölkə üzrə 5000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq ümumtəhsil məktəblərində təhsil alır. Bu rəqəm əvvəlki illərlə müqayisədə artım göstərsə də, hələ də ümumi şagirdlərin 1 faizindən azını təşkil edir. Müqayisə üçün qeyd etmək olar ki, Avropa İttifaqı ölkələrində bu göstərici orta hesabla 4-5 faiz təşkil edir. Bu, Azərbaycanın yolun başlanğıcında olduğunu göstərir, lakin istiqamətin düzgün seçildiyi də aydın görünür".TehsilForumu.Az xəbər verir ki, bu sözləri Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta