Bakı, 22 sentyabr, AZƏRTAC
Yeni mövsümdə qadın voleybolçular arasında Yüksək Liqada debüt edəcək “Turan” komandası heyətinə yeni oyunçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Marta Drpa ilə 1 illik müqavilə imzalanıb.
Serbiyalı voleybolçu son olaraq Yunanıstanın PAOK kollektivində çıxış edib.