Ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin hüquqlarını Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev müdafiə edir. Bu barədə Gününsəsi.info məlumat yayıb.
Şaiq Mirzəyev Adnan Əhmədzadənin özünü yaxşı hiss etdiyini bildirib:
“Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.
“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.