AZ

Dörd rayonda səyyar tibbi müayinələr keçirildi

Ajans.az xəbər verir ki, TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Maqsudkənd kəndində, Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Şəkər kəndində, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə rayonun Aran, Qaradolaq, Mehrablı, Yeni Qaradolaq, Kəbirli kəndlərində, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının tibbi heyətinin iştirakı ilə Qaraqaya, Avun və Urakəran kəndlərində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib. Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində ümumilikdə 320-dən çox sakinə (uşaqlar da daxil olmaqla) 570-ə yaxın tibbi xidmət göstərilib. Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib. Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

Seçilən
5
Ajans.az

1Mənbələr