AZ

“Himni musiqili oxuyub gözəlləşdirdim” deyən Alim Qasımova Cavanşir Quliyevdən etiraz: “Alim neçənci dəfədir səhv addım atır” - FOTO+ÖZƏL

Ötən həftə Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Xalq artisti Alim Qasımov və onun qızı, Əməkdar artist Fərqanə Qasımova Azərbaycan Dövlət Himnini səsləndiriblər. Sosial şəbəkələrdəki müzakirələrə nəzər yetirəndə aydın olur ki, bu heç də hamının xoşuna gəlməyib. Bəziləri xanəndələrin himni muğam, bəziləri rep tərzində oxuduğunu söyləyir, Dövlət Himninin toxunulmaz olduğunu vurğulayaraq onun təhrif edildiyini bildirir, narazılıqlarını ifadə edirlər. 



Medianews.az-a açıqlama verən xalq artisti Alim Qasımov deyib ki, bu tənqidlərin onun üçün heç bir önəmi yoxdur:

“Nə mən, nə də qızım Fərqanə xanım himni təhrif etməmişik. Bu, xüsusi tədbirdir. Biz oxumazdan öncə bunu göstərdik və bizə dedilər ki, eynən belə ifa edin. Biz özbaşına heç nə etməmişik! Bunu bəyəniblər də, biz nə edək? Mən deyərdim ki, əksinə - himnimiz gözəlləşib, şirinləşib. Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində iştirak edən əcnəbilər deyirdilər ki, tüklərimiz biz-biz oldu, çox təsirləndik. O ki qaldı boş-boş danışanlara, tənqid edənlərə... Həyatın marağı elə bundadır da”. 
Bəs görəsən həqiqətənmi həmin ifada Dövlət Himni təhrif olunub?
Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

Medianews.az-a açıqlama verən bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev öncə vurğulayıb ki, Dövlət Himninin yalnız dövlət tədbirlərində ifa edilməsinin tərəfdarıdır:

“Əgər sözlər yerindədirsə, təhrif olunmayıb. Amma məsələ onda olmamalıdır ki, himni yaxşı oxuyub, yoxsa pis. Əsas sual budur ki, niyə oxuyub? Mən Dövlət Himninin yalnız dövlət tədbirlərində ifa edilməsinin tərəfdarıyam. Bu, adi “Girdim yarın bağçasına” tipli mahnı deyil ki! Bu, dövlətin atributudur. Bəlkə də bir çoxları bunu bilmir, dərk etmir. Dövlət Himni dövlətin rəmzlərindən biridir. Alim neçənci dəfədir ki, belə səhv addımlar atır. Olmaz! Etirazımı yazmışam, bildirmişəm. Dövlətin rəmzi ilə oynamaq olmaz. Bu, dövlət dili ilə oynamağa bənzəyir. Alim deyir ki, ifa bəyənilib. Himn bəyənilmək üçün deyil. Mahnı, musiqi deyil ki, bəyənilsin! Himni vaxtilə bəyəniblər və qəbul ediblər. Hər konsertdə də himn oxumaq olmaz. Axı bu əsər Azərbaycanı təmsil edir, ölkəmizə münasibətimizi göstərir. Belə etmək olmaz!”
Azərbaycan xalqı xoşbəxtdir ki...” - Eldar Mansurov ən böyük arzusundan  danışdı

Bəstəkar, Xalq artisti Eldar Mansurovun isə mövzuya münasibəti belə oldu:

“Həmin videodan xəbərim yoxdur. Onu harada göstəriblər? Mən artıq Formula 1, “Avroviziya” kimi yarışlara baxmıram ki, bilim orada nə ifa edirlər. Bu işlə kimlər maraqlanırsa, onlardan soruşun. Görməmişəm, eşitməmişəm, xəbərim yoxdur. Mənim üçün bu maraqlı deyil. İşim çoxdur”.
Seçilən
0
yenilik.az

1Mənbələr