AZ

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi 12 min manat...

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda qonaq getdiyi evdən oğruluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, T.R. sinif yoldaşı olmuş M.X.-nın evinə qonaq gedib. Ev yiyəsinin başının qarışıq olmasından istifadə edərək paltar dolabını açıb və oradan zərərçəkmişə məxsus bir ədəd ümumi dəyəri 3.800 manat təşkil edən brilliant qaşı olan kulonlu qızıl sepi, dəyəri 210 manat təşkil edən nbir cüt qızıl sırğanı və dəyəri 800 manat olan bir ədəd "Tiffany" modelli qızıl sep oğurlayıb. 

T.R. bununla kifyətlənməyib. M.X. evdə olmayan zaman hansısa yolla mənzilə daxil olaraq yenidən oğurluq edib. Bu dəfə zərərərçəkmişə məxsus çəkisi 1 475 manat dəyərində bir ədəd qızıl qolbaq, dəyəri 880 manat olan bir ədəd qızıl kulon, dəyəri 1 050 manat olan bir cüt qızıl sırğa, dəyəri 660 manat olan bir ədəd qızıl üzük, dəyəri 1.925 manat olan bir ədəd qızıl sep və dəyəri 1 210 manat olan bir cüt qızıl sırğa oğurlayıb. O, zərərçəkmuşə ümumilikdə 12 010 manat ziyan vurub.

Hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında T.R. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə ), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. T.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi zamanı məlum olub ki, dəymiş zərərin bir hissəsi ödənilib. 

Məhkəmənin hökmü ilə T.R. bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət bir günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzası saxlanılıb. 

Məhkəmə hökm verərkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərin bir hissəsinin ödənildiyini və digər yüngülləşdirici halları nəzərə alıb. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
6
qaynarinfo.az

7Mənbələr