AZ

Bundan sonra Xalq artisti adı verilməyəcək Rasim Balayev açıqladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Bəhram Bağırzadənin sözləri müzakirələrə yol açıb. O, “EDNews”a müsahibəsi zamanı bildirib ki, bundan sonra nə məmur, nə rəis, nə vəzifəli şəxs, nə də nazir olmaq niyyəti var.

Sitat: “Hətta “Xalq artisti” də olmaq istəmirəm. Hərdən mənə deyirlər ki, vaxtı gəlib, bu ada layiqsən. Mən isə cavab verirəm: Allah haqqı, istəmirəm. Versələr də imtina edəcəyəm. Çünki ayıbdır. Mən nə Müslüm Maqomayevam, nə Rəşid Behbudov, nə də Şövkət Ələkbərovayam. Məni onlarla bir səviyyədə tutmaq günahdır”.

Bağırzadə bu açıqlamasına görə sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Xalq artisti adından imtina etmək olarmı? Bu yanaşma nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan Xalq artisti Rasim Balayev deyib ki, Bəhram Bağırzadə ona bu titulun verilməyəcəyini yaxşı bilir:

“Bildiyimə görə bundan sonra heç fəxri adlar da verilməyəcək. Belə titullar olmasa da, məsələn, orden, medallar, başqa mükafatlar olacaq. Xalq artisti, Əməkdar artist kimi adlar yavaş-yavaş tarixə qovuşur, ləğv edilməsi mümkündür”.

Rasim Balayevin sözlərinə görə, fəxri adlardan imtina etmək olar:

“Düzdür, ölkəmizdə təltif edilən kiminsə tituldan könüllü imtina etməsi ilə bağlı nəsə eşitməmişəm və ya qarşılaşmamışam. Amma bu, hər kəsin tam hüququdur. Ola bilər ki, təqdimat zamanı kimlərsə “siz məni Xalq artisti adı verirsiniz, amma mən özümü buna layiq bilmirəm və imtina edirəm” desinlər”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr