AZ

Rusiya Baş prokurorunun milyonluq mülkləri açıqlandı Kremllə üzbəüz 10 milyonluq mənzili var

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Baş Prokuroru İqor Krasnovun iki yaşlı oğlu Kremlin yaxınlığında760 milyon rublluq (9 milyon dollara yaxın) mənzilə sahibdir.

“AzPolitika” xəbər verir ki, bu barədə mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının komandası (FBK) məlumat yayıb.

Məlumatda deyilir ki, Navalnının komandası hazırkı baş prokuror və tezliklə Ali Məhkəmənin sədri olacaq İqor Krasnovla bağlı araşdırmanın nəticəsini açıqlayıb. Məlum olub ki, o və ailəsi təkcə son üç il ərzində təxminən 1.5 milyard rubl (təxminən 18 milyon dollar) dəyərində daşınmaz əmlak əldə edib.

Konkret olaraq, prokurorun ailəsinin Kremllə üzbəüz “Zolotoy” yaşayış kompleksində 304 kvadratmetrlik, dəyəri 760 milyon rubl olan mənzili var. Mənzil rəsmi olaraq məmurun iki yaşlı oğlu Mixail Krasnovun adınadır.

Təxminən 370 milyon rubl dəyərində olan başqa bir 165 kvadratmetrlik mənzil elit "Plyuşixada həyat" kompleksində yerləşir. O, Baş Prokurorun keçmiş həyat yoldaşı Anna Krasnovanın adınadır. “Proekt” jurnalistləri Baş prokurorla xanımının boşanmasının saxta olduğunu iddia bildirirlər.

FBK-nın məlumatına görə, Krasnovlar ailəsi “oliqarxların himayəsinə götürülüb”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azpolitika.info

1Mənbələr