Aparıcı Zaur Kamal klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun xanımına aldığı maşını nümayiş etdirməsini tənqid edib.
Hüseyn isə ona "Pis iş görməmişəm. Yaxşı iş görmüşəm. İnsanlar baxsın, belə addım atsın. Öz xanımı ola-ola kənardakına yox, evindəkinə alsın" cavabını verib.
Qeyd edək ki, Hüseyn aktrisa həyat yoldaşı Aysel İbrahimovaya ad günündə avtomobil hədiyyə edib.