AZ

Cənubi Koreyada 8000 tonluq esmines suya salınıb

Cənubi Koreyanın Hyundai Heavy Industries (HHI) gəmiqayırma şirkəti ölkənin Hərbi Dəniz Qüvvələri üçün “Jeongjo Great” sinfindən olan ikinci esminesi suya buraxıb.

Herbiand.az bildirir ki, “Aegis” raketdən müdafiə sistemi ilə təchiz edilmiş “Dasan Jeong Yak-yeon” gəmisi Çoson dövrünün filosofu və aliminin adını daşıyır.

Esmines Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməzdən əvvəl bir sıra dəniz sınaqlarından və son təchizatdan keçəcək. Bunun 2026-cı ilin sonunda baş verəcəyi gözlənilir.

KDX-III sinifli esminesin arsenalına 80 SM-2 Blok IIIB/IV zenit raketləri, Cənubi Koreyanın LIGNex1 sisteminin 16 ədəd SSM-700K gəmi əleyhinə raketləri, 32 ədəd Hyunmoo-III qanadlı raketləri (hədəfə vurma - 1500 km-ə qədər) və K-SAAM zenit raket kompleksi ilə təchiz olunub. Bundan başqa silahlahmada 127 mm-lik Mk.45 top qurğusu, 324 mm-lik torpedo boruları və 30 mm-lik CIWS zenit silahı sistemi də mövcuddur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr