AZ

Tanınmış iş adamı sürücüsü tərəfindən güllələndi - FOTO

Ankarada iş adamı Z.E. sürücüsü tərəfindən güllələnib.

Milli.Az xəbər verir ki, məlumata görə, hadisə səhər saatlarında Çankaya rayonu Cevizlidere küçəsində baş verib.

06 EZD 779 dövlət nömrə nişanlı "Jeep" markalı avtomobillə tikintidə işləyən Z.E. ilə sürücüsü Z.Ş. arasında mübahisə yaranıb. Mübahisə böyüdükcə Z.Ş. əlindəki tapança ilə müdiri Z.E.-yə atəş açıb.

Yaralı iş adamı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hücum edən şəxs ilkin ifadəsində müdirinin onun üçün şirkət qurduğunu, müflis olduğunu, borclarının ödənilmədiyini iddia edib.

Hadisəylə bağlı araşdırma davam edir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
19
1
milli.az

10Mənbələr