AZ

Qusarda palçıq SELİ – Kənd sakinləri TƏHLÜKƏ ALTINDA – VİDEO

Qusarın Ləzə kəndində palçıq seli yenidən aktivləşib. Kənd sakinlərinin təhlükə altına düşüb. Belə ki, 1993-cü ildə Ləzə kəndində püskürmüş palçıq layı hazırda “Qoşaşəlalə” adlanan ərazidən yenidən kənd istiqamətində axmağa başlayıb. İddialara görə, palçıq layı Qıxılqaya dağ massivindən kəndə doğru hərəkət edir.

Bu barədə kənd sakinləri Bizim.Media-ya məlumat veriblər. 

Onların sözlərinə görə, palçıq və lil layı sürətlə kəndə doğru irəliləsə, yaşayış evləri təhlükə altına düşə bilər.
 

Artıq Qusar Rayon İcra Hakimiyyəti qabaqlayıcı tədbirlərə başlayıb. İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Şahabbas Saduxanov bildirib ki, palçıq layı kənd çayının qarşısını kəsib. Hazırda əraziyə göndərilən ağır texnika palçıq qatının təmizlənməsi işlərinə cəlb olunub.


Mütəxəssislərin qənaətinə görə, palçıq püskürməsinin aktivləşməsinə son günlər intensiv yağıntılar səbəb olub.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
4
2
bizim.media

3Mənbələr