AZ

Azərbaycanda idxal qiymətləri yüksəlməkdədir

Azərbaycanda idxal olunan məhsullar üzrə qiymət indeksi 2025-ci ilin iyulunda 24.6 faiz olmaqla bir ay öncəki göstəricini 0.2 faiz bəndi üstələyib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal olunan məhsullar üzrə qiymət indeksi iyunda orta illik 24.4 faiz təşkil etmişdi. Apreldə bu 23%, mayda isə 23.8%-ə yüksəlib. Beləliklə, artıq ardıcıl üç ayda idxal qiymətləri bahalaşır.

Ölkənin xaricə ixrac etdiyi məhsullar üzrə qiymət indeksi isə cəmi orta hesabla 4.3 faiz artıb. Bu iyuna qədərki 5.2 faizdən 0.9 faiz bəndi azalma deməkdir.

İdxal üzrə ən yüksək qiymət artımı əczaçılıq məhsulları, kimyəvi saplar və liflər, ayaqqabı və baş geyimləri, qiymətsiz metallar üçün alətlər və məmulatlar, poliqrafiya və çap məhsulları, eləcə də maşın və mexanizmlər üzrə müşahidə olunub. İxracda isə qiymət artımı əsasən çap məhsulları, mirvari və qiymətli daşlar, oduncaqdan və lifli sellülozdan kütlə, habelə incəsənət və kolleksiya əşyalarında nəzərə çarpır.

Bu Azərbaycan Mərkəzi Bankı tərəfindən izlənilən indeksdir. AMB rəsmlərinə görə, ölkədəki inflyasiyanın əsas komponenti idxalla əlaqəlidir. Məsələn, 2023-cü ildəki açıqlamada AMB sədri ümumən, yaşadığımız inflyasiyanın 80 %-ə qədəri idxal olunan inflyasiyası ilə əlaqələndirmişdi. AMB inflyasiyanın qarşısını almaq üçün bir neçə addım atır, o cümlədən istehlak kreditlərini məhdudlaşdırıb. Sabit məzənnə rejimi nominal effekti ilə inflyasiyaya azaldıcı təsir göstərir.

Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair son iclasında idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab edib.

Qeyd edək ki, ölkədə qida və qeyri-qida və ödənişli xidməltəri indeksinin ortaq hesablayan istehlak qiymətləri indeksi 2025-ci ilin avqustunda 5 faizdən 4.9 faizə düşüb.

Seçilən
16
banker.az

1Mənbələr