ain.az, Redaktor.az saytına istinadən bildirir.
Bəzən insanlar düşünür ki, investisiya yalnız çox qazancı olan insanlar üçündür. Onlara görə az maaşla investisiya etmək çətindir.
Bəs bu, həqiqətənmi çətindir?
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a danışarkən bildirdi ki, bu, investisiyaların məqsədinə baxır.
"Böyük pullar qazanmaq istəyən təbii ki, böyük məbləğlərlə investisiyalarda iştirak edə, investor ola bilər. Bir insanın həqiqətən marağı varsa, kiçik məbləğlərlə "Forex" platformaları üzərindən səhmlərin alqı-satqısında iştira edə bilər. Hətta burada 500-1000 manatla da belə başlamaq olar. Əgər maraq, həvəs və bilik varsa, insanlar belə yatırımlar edə bilərlər. Ənənəvi yatırım isə kiçik məbləğlərdə təbii ki, qızıldır. Yəni hansısa bir qızıl əşyasını alırsan, bir müddətdən sonra qiyməti qalxırsa, onu satanda müəyyən gəlir əldə etmək olur. Amma bu risklidir. Ona görə də daha çox səhm bazarıdır. Amma təəssüf ki, Azərbaycanın özünün səhm bazarı çox zəifdir. Azərbaycanda kiçik investorlar daha çox Türkiyə, Avropa, Amerika, yəni dünya ölkələrinin səhm bazarlarında aktiv iştirak edirlər", - deyə o, qeyd etdi.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.