AZ

İran və Rusiya nüvə sazişi İMZALAYACAQ

Yaxın günlərdə İran və Rusiya arasında yeni nüvə enerji bloklarının tikintisinə dair saziş imzalanacaq.

Musavat.com xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami açıqlayıb.

Eslami bildirib ki, Rusiya 8 yeni enerji bloku tikəcək, onlardan dördü “Buşəhr” atom elektrik stansiyasında yerləşəcək.

“Artıq ərazinin hazırlanması tamamlanıb və müqavilə imzalandıqdan sonra layihə və tikinti işlərinə başlanacaq”, – o qeyd edib.

Qeyd edək ki, “Buşəhr” atom elektrik stansiyasının tikintisinə 1975-ci ildə başlanılıb. Stansiyanın birinci bloku 2011-ci ildə işə salınıb, ikinci və üçüncü blokların tikintisi isə müvafiq olaraq 2016 və 2019-cu illərdə başlanıb. Bu blokların 2025 və 2027-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.

Ekspertlər hesab edir ki, Rusiya ilə əməkdaşlıq İrana həm enerji təhlükəsizliyi, həm də nüvə texnologiyasında inkişaf baxımından böyük imkanlar yaradacaq.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr