AZ

Yeni çəkilən yolu yağış suyu basdı - Sakinlər küçə ilə yox, hasarın üstü ilə gedib-gəldi

Suraxanı rayonu, Əmircan qəsəbəsində yeni salınmış küçələrdən biri yağış suları ilə dolub.

Bu barədə məlumat və görüntülər Far.Az-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin bildirdiyinə görə, küçə yeni istifadəyə verilsə də, kanalizasiya və drenaj sistemləri işləmir.

"Drenaj quyuları palçıqla dolub, yağış yağanda su küçədə qalır. İnsanlar məcbur qalıb hasarın üstü ilə hərəkət etməli olurlar. Sakinlər evlərinə getməkdə çətinlik çəkirlər", - deyə məlumatda bildirilib.

Sözügedən görüntüləri təqdim edirik:

Seçilən
14
1
far.az

2Mənbələr