AZ

Almaniyada məktəblərdə zorakılıq artmaqdadır

Almaniya məktəblərində yetkinlik yaşına çatmayanlar arasında cinayətlər tüğyan edir. Lakin məktəb direktorları hələ də bu məsələni ictimai müzakirə üçün təqdim etmirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 

Qeyd edilir ki, miqrasiya problemləri çox güman ki, bu məsələni daha da ağırlaşdırır.

"Daha çox tələbə və müəllim qorxu içində yaşayır və bu, səbəbsiz deyil" - deyə, nəşr qeyd edir.

Almaniya Daxili İşlər Nazirliyinin Ştutqart ofisi AfD partiyasının sorğusuna cavab olaraq bildirib ki, keçən il 2800-ə yaxın tələbə yeniyetmələrin cinayətinin qurbanı olub.

"Bu o deməkdir ki, məktəblərdə hər gün 15 oğlan və qız döyülür, hədələnir, təhqir olunur və ya cinsi zorakılığa məruz qalır. Bu, 2018-ci illə müqayisədə 46% artımdır", - hesabatda qeyd olunur.

Seçilən
10
ikisahil.az

1Mənbələr