AZ

III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.
B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.
Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə altı komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
A qrupu
27 sentyabr
12:00. Tacikistan - Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan - Tacikistan
1 oktyabr
14:00. Azərbaycan - Qırğızıstan
B qrupu
27 sentyabr
14:00. Belarus - Rusiya
29 sentyabr
12:00. Belarus - Özbəkistan
1 oktyabr
12:00. Rusiya - Özbəkistan
3 oktyabr
12:00. 5-ci yer uğrunda
14:00. 3-cü yer uğrunda
4 oktyabr
14:00. Final
Seçilən
48
20
oxu.az

10Mənbələr