AZ

III Bakı Təhlükəsizlik Forumu təşkil olunub

Bakı. Trend:

2025-ci il sentyabrın 21-də Azərbaycan Respublikası DövlətTəhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxınölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlımünaqişələr zamanı humanitar böhranların və qlobal texnogenfəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarınınbirgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumukeçirilmişdir.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciətioxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayişetdirilmişdir.

Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik ƏliNağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintəşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilənforumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdanməmnun olduğunu bildirmiş, dünyanın müxtəlif bölgələrindən olanölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafındabirləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması iləmüşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərininmüzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması,qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədəsəylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyinivurğulamış, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyəgörə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmişdir.

Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlərsırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin,texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasındaxüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfitəzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanıkompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlikqurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyətgöstərməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarınınnümayəndələrinin çıxışları ilə davam etmiş, budəfəki BakıTəhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyintəminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmətorqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlıfəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühümtöhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.

Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən BakıTəhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsiilə başa çatmışdır.

Seçilən
21
42
az.trend.az

10Mənbələr