Bakı, 22 sentyabr, AZƏRTAC
Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-21 həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 min 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 min 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.
Beləliklə, Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10 faizə yaxın artım qeydə alınıb.
Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz azalıb.