Həmas müvəqqəti atəşkəs tələbi ilə Trampa məktub göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
HƏMAS Qəzza zolağında saxlanılan girovların yarısının dərhal azad edilməsi müqabilində 60 günlük atəşkəs rejiminin yaradılmasında kömək istəyən ABŞ prezidenti Trampa məktub hazırlayıb.
Nəşrin məlumatına görə, məktub hazırda Qətər vasitəçilərinin əlindədir və bu həftə ərzində Vaşinqtona çatdırılması gözlənilir.
Son məlumatlara görə, HƏMAS hələ də 48 girovu saxlayır, onlardan 20-nin sağ olduğu güman edilir.
Xuraman Etibarlı
İnterpress.az