BAKI, 22 sentyabr. TELEQRAF
Macarıstan NATO ilə Rusiya arasında hərbi qarşıdurmanınolmayacağınaümid edir.
Teleqraf xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində TASS müxbirinə bildirib.
“Biz ümid edirik ki, Rusiya və NATO arasında gələcəkdə hər hansıeskalasiya baş verməyəcək.Gərginliyi aradan qaldırmağın yeganə yolu Ukraynada sülhdür”, - nazir əlavə edib.