AZ

Buskets karyerasını bitirir

“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets karyerasını başa vurmağa hazırlaşır.

"Unikal" "USA Latino"ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu qərarını noyabr ayında - MLS-də mövsüm başa çatanda açıqlayacaq.

Qeyd edək ki, Serxio Buskets “Barselona”nın yetirməsidir. Təcrübəli oyunçu Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 722 rəsmi matçda 18 qol vurub və 46 məhsuldar ötürmə edib. İspaniya millisinin sabiq üzvü 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

Seçilən
15
5
unikal.az

10Mənbələr