Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 156 milyon ABŞ dolları dəyərində 5 713 ədəd avtomobil ixrac edib.
Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 37 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,7 milyard ABŞ dolları dəyərində 70 972 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 4,5 % çoxdur.
Bu ilin ilk 8 ayında Gürcüstandan Qırğızıstana 884 milyon ABŞ dolları dəyərində 27 316 ədəd, Qazaxıstana 494 milyon ABŞ dolları dəyərində 28 962 ədəd, Tacikistana 63 milyon ABŞ dolları dəyərində 3 055 ədəd, Özbəkistana 41,6 milyon ABŞ dolları dəyərində 1 476 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.