AZ

Qalkin yarım milyonluq borca görə məhkəməyə verildi

Rusiyalı yumor ustası, ölkəsində xarici agent elan edilmiş Maksim Qalkinin Moskvanın kommunal şirkətlərinə 500 min rubldan çox borcu yaranıb. 

"Unikal" xəbər verir ki, "Mosenergosbyt" Qalkini buna görə məhkəməyə verib. Məlumata görə, bu borc Qalkin və həyat yoldaşı Alla Puqaçovanın villasındakı elektrik enerjisindən istifadəyə görə yaranıb. Rusiyanı tərk edən sənətçilər işıq pulunu ödəyə bilməyiblər və nəticədə 500 min rubldan çox borc yaranıb.

Qeyd edək ki, sənətçilərin Moskvadakı malikanəsi baxımsızlıqdan yararsız vəziyyətə düşüb. 

Seçilən
19
4
unikal.az

5Mənbələr