Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya “Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər dövlətlərə göndərilməsi haqqında” prezident fərmanının təsdiqlənməsinə dair qanun layihəsi təqdim edib.
Editor.az xəbər verir ki, qanun layihəsi №14059 olaraq 22 sentyabrda qeydiyyata alınıb və parlamentin rəsmi saytında dərc olunub.
Sənədə əsasən, Ukrayna hərbçilərinin Türkiyə və Böyük Britaniyaya göndərilməsi nəzərdə tutulur.
//Samir Qurbanov, Editor.az