AZ

XƏBƏRƏ BAXIN - Avropada yenilik edən Azərbaycan klubudur

"Qarabağ" Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə qazanmaqla Çempionlar Liqasında davam edən yeni rekord müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 4-cü səfər oyununda qələbə qazanan yeganə komandadır.

Bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayan ağdamlılar əvvəlcə İrlandiya "Şelburn"unu (səfərdə 3:0, evdə 1:0), növbəti mərhələdə Şimali Makedoniya "Şkendiya"sını (səfərdə 1:0, evdə 5:1), pley-offda Macarıstan "Ferentsvaroş"unu (səfərdə 3:1, evdə 2:3) üstələyib.

Seçilən
2
sportinfo.az

1Mənbələr