AZ

Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri yekunlaşıb — FOTOLAR

Naxçıvan Dövlət Kukla Teatrının Gəncə və Qax rayonlarına təşkil olunmuş qastrol səfəri uğurla yekunlaşıb.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş səfər proqramı çərçivəsində Gəncə və Qax Dövlət Kukla Teatrlarının səhnəsində tamaşaçılar qarşısına çıxıb.

Qastrol proqramında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası marionet kuklalar vasitəsilə nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı isə Əli Məmmədovdur.

Hər iki şəhərdə tamaşa böyük maraqla qarşılanıb, zalda alqışlarla müşayiət olunub. Bununla yanaşı, Naxçıvan Dövlət Kukla Teatrı ilə Gəncə və Qax Dövlət Kukla Teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədin məqsədi teatrlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi və mədəni mübadilənin dərinləşdirilməsidir. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində teatr sənətinin inkişafına, gənc nəslin milli mədəniyyətə marağının artırılmasına və teatrlararası əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Seçilən
1
2
demokrat.az

3Mənbələr