Avropa ölkələri Ağ Evi Rusiyaya qarşı yönəltmək cəhdlərini davam etdirirlər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, avropalı siyasilər prezident Donald Trampın başçılıq etdiyi ABŞ-ın yeni administrasiyasını anti-Rusiya kursuna qaytarmağa cəhd edirlər: "Avropa Moskva və Vaşinqtonun Alyaska sammitində əldə etdikləri razılaşmaları pozmaq istəyir" .
Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın son 7 ildə ilk genişmiqyaslı görüşü keçirilib. Sammit Ankoricdə, Alyaskada baş tutub. Liderlər sammitdə əhəmiyyətli irəliləyiş əldə etdiklərini elan etsələr də, Ukrayna üzrə heç bir sülh sazişi imzalanmayıb.