AZ

"Şuşa artıq Azərbaycanın beynəlxalq identitetinin ayrılmaz hissəsinə çevrilib" - AÇIQLAMA

"Şuşa artıq Azərbaycanın beynəlxalq identitetinin ayrılmaz hissəsinə çevrilib" - AÇIQLAMA"Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil, həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir. Burada keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal mövqeyini gücləndirir. Şuşa Bəyannaməsi və digər mühüm sənədlərin məhz burada imzalanması təsadüfi deyil. Bu, Azərbaycanın dövlətçilik iradəsinin və müstəqil diplomatiyasının simvolik göstəricisidir".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Şuşa, Qarabağın azad olunmasının siyasi nəticələrinin dünyaya nümayiş etdirildiyi meydandır:

"Şəhər artıq beynəlxalq görüşlərin, konfransların və strateji müzakirələrin ünvanına çevrilib. Burada keçirilən tədbirlər regionda yeni diplomatik mərkəzin formalaşdığını sübut edir. Azərbaycanın xarici siyasət kursunda Şuşa xüsusi çəkili mövqeyə sahibdir. Bu, həm də dövlətimizin suverenliyinin praktiki təsdiqidir. Şuşada keçirilən hər görüş beynəlxalq ictimaiyyətə güclü mesaj verir. Ermənistanın işğal siyasətinin iflasa uğraması və Azərbaycanın yeni reallıqlar yaratması Şuşada açıq şəkildə görünür. Diplomatik proseslərin buraya daşınması regionun siyasi xəritəsini dəyişir. Şuşa artıq Azərbaycanın beynəlxalq identitetinin ayrılmaz hissəsinə çevrilib. Burada imzalanan sənədlər gələcək onilliklərin istiqamətini müəyyənləşdirir. Şuşanın siyasi-diplomatik mərkəzə çevrilməsi həm də Türk dünyasının birliyinə təkan verir. Qardaş ölkələrin liderlərinin Şuşaya səfəri regional həmrəyliyin ən bariz nümunəsidir. Şuşa həm mədəniyyətin, həm də siyasətin qovuşduğu simvolik məkandır. Azərbaycanın gələcək diplomatik gündəliyində Şuşa daha da böyük rol oynayacaq".

Vüsalə İbrahimli

Seçilən
5
sonxeber.az

1Mənbələr