AZ

Yolda qazıntı işlərinin aparılması hərəkəti çətinləşdirirVİDEO

Sabunçu rayonu, Səməd bəy Mehmandarov küçəsində yolda yaranan çuxur nəqliyyatın hərəkətini çətinləşdirir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyir ki, hərəkətin intensiv olduğu bu yolda hər gün qəza şəraiti yaranır.

Çuxurun piyada səkisinin üzərində olması problemi daha da artırır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, ərazidə qəza olduğundan aidiyyəti qurumlar tərəfindən qazıntı işləri aparılıb. Həmin yer daha sonra bərpa edilib. Asfaltlanma işləri də yaxın günlərdə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
1
xezerxeber.az

2Mənbələr