AZ

İsrailə qarşı soyqırım ittihamından sonra hansı addımlar atılacaq?

BAKI, TurkicWorld / AzerVoice Analitik Təhlil Mərkəzi

BMT-nin mandat verdiyi müstəqil araşdırmaçılar İsraili Qəzzada soyqırım törətməkdə ittiham etdikdən sonra suallar yaranıb: dövlət və liderlərini hansı məhkəmələr mühakimə edə bilər və qarşıda hansı mərhələlər gözlənilir?

Hansıməhkəmələr məsələni araşdırır?

İki beynəlxalq qurum diqqət mərkəzindədir: Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və Beynəlxalq Ədalət Məhkəməsi (ICJ).

ICC – 2002-ci ildə yaradılıb, fərdləri müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımlara görə mühakimə edir.

ICJ – 1948-ci ildə qurulub, dövlətlərarası mübahisələrə baxır və adətən bir dövlət digərini beynəlxalq müqaviləni pozmaqda ittiham etdikdə işə qarışır.

BMT hesabatının təsiri

Komissiya rəhbəri Navi Pillay bildirib ki, komissiya “Qəzzada soyqırım baş verir” qənaətinə gəlib və minlərlə məlumatı ICC prokurorları ilə bölüşüb. Ekspertlərə görə, bu sənəd təkbaşına həlledici sübut olmasa da, siyasi hərəkət üçün çağırışdır. Pillay qeyd edib: “Hesabatın real təsir gücü hökumətlərin və liderlərin hərəkətə keçib-keçməməsindən asılıdır.”

Hazırkı vəziyyət

ICC artıq İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs qərarı çıxarıb. Onlar müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə – aclıq, qətl və təqibdə ittiham olunur. Amma onlara soyqırım ittihamı hələ irəli sürülməyib.

•Həbs qərarları “HƏMAS”ın üç lideri barədə də çıxarılmışdı, lakin onların öldürülməsi səbəbindən ləğv olunub.

ICJ isə Cənubi Afrikanın İsrailə qarşı açdığı işə baxır. Pretoria, 1948-ci il Soyqırım Konvensiyasının pozulduğunu iddia edir. Məhkəmə İsraildən Rəfah əməliyyatlarını dayandırmağı və humanitar yardıma şərait yaratmağı tələb etsə də, hələ işin mahiyyətinə baxmayıb. Bu mərhələnin aylarla, hətta illərlə davam edə biləcəyi gözlənilir.

Növbəti addımlar nə olacaq

ICC: İsrail məhkəmənin yurisdiksiyasını tanımadığı üçün hazırda ona etiraz edib. ICC isə qərarların icrası üçün 125 üzv-dövlətinə güvənir. Netanyahu yalnız İsrail tərəfindən təhvil veriləcəyi halda Haaqa qarşısına çıxa bilər, çünki məhkəmə qiyabi mühakimə aparmır.

ICJ: İsrailə yanvar 2026-dək “əks memorandum” təqdim etmək tapşırılıb. Bundan sonra tərəflər yazılı sənədlərlə mövqelərini açıqlayacaq, daha sonra isə əsas ittihamlar üzrə dinləmələr keçiriləcək.

Hüquqi prosedurların sürətli olması gözlənilmir. ICC-də yurisdiksiya məsələsi üzrə qərar üçün konkret vaxt yoxdur. ICJ-də isə soyqırım ittihamı üzrə əsas dinləmələrin 2027-ci ildən əvvəl başlaması real görünmür. Ekspert Tayz Bofknit deyib: “Hüquqi yol çox ləng gedir… Bu, beş-on ildən sonra nəticə verə bilər.”

Seçilən
0
turkic.world

1Mənbələr