AZ

Bu qidalar kişilərin "evini yıxır" - Açıqlama


"Spirtli içkilər və fastfud kişilərin reproduktiv sağlamlığına zərər verir"
Bunu rusiyalı tibb elmləri doktoru, dietoloq və "Roskaçestvo"nun ekspert şurasının üzvü Mariyat Muxina söyləyib.
"Spirtli içkilər, kofeinli məhsullar, qızardılmış yeməklər, şirniyyatlar və fastfud kişilərin reproduktiv sisteminə mənfi təsir göstərir.
Spirt uzun müddətli istifadədə damarların daralmasına səbəb olur, bu isə qan dövranını zəiflədir və nəticədə cinsi disfunksiya riski artır.
Transyağlar, artıq şəkər və duz ehtiva edən məhsullar da orqanizm üçün zərərlidir. Bu qidalar damar spazmına və antioksidant çatışmazlığına səbəb olur".
Həkim qeyd edib ki, kofein tərkibli içkilər, un məmulatları, şirniyyatlar və marqarin lipid profilini pozur, L-arqinin və antioksidantların çatışmazlığına gətirib çıxarır, testosteron səviyyəsini azaldır və bioloji ritmlərə təsir göstərir.
Ekspertin sözlərinə görə, jenşen, eleuterokokk və limonnik kimi stimulyator tərkibli içkilər də kişi sağlamlığı üçün təhlükəlidir. Bu cür məhsullar damar spazmlarını gücləndirərək qan dövranını pozur və cinsi disfunksiyaya yol aça bilir.  \\Milli.Az

Seçilən
9
3
gender.az

10Mənbələr