AZ

İlber Ortaylının Naxçıvanda kitab imza günü keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində keçirilən görüşdə universitetin rəhbər heyəti, müəllim-tələbələri, şagirdlər və media nümayəndələri iştirak ediblər.  

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək  qeyd edib ki, tanınmış elm adamı İlber Ortaylının səfəri ali təhsil ocağı üçün olduqca xüsusi önəm daşıyır. Bu görüş tələbə və müəllimlərin intellektual dünyagörüşünü zənginləşdirir, gənclərin elmə, araşdırmaya və yaradıcı düşüncəyə marağını daha da artırır. Professor İlber Ortaylı çıxışlarında hər zaman toplumu məlumatlandırıb. Yazdığı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub. Kitabları oxunma səviyyəsinə görə geniş oxucu auditoriyası qazanıb. 

Sonra universitetin müəllimi, fəlsəfə elmələri doktoru, professor Məmməd Rzayev və tarix üzrə fəlsədə doktoru, dosent Emin Şıxəliyev yazıçı İlber Ortaylının yaradıcılıq yolu və əsərləri haqqında danışıblar.

İlber Ortaylı çıxışında onun haqqında yüksək fikirdə olan tarixçi alimlərə təşəkkür edərək Naxçıvan Dövlət Universiteti barədə xoş təəssüratlarını dilə gətirib. Muxtar respublikada elm və təhsil inkişafından bəhs edib. Qeyd edib ki, burada çox gözəl gələcəyi olan savadlı gənclər yetişir. Tarixboyu belə mühitlərdə yaşayan insanlar daha fədakar olur və oxumağa daha çox maraq göstəriblər. Çox şadam ki, Naxçıvanda  elmli insanlar daha çoxdur. Xüsusilə qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Ali təhsil ocağında yaradılan imkanlar məni çox fərəhləndirdi.

Elbrus İsayev xatirə olaraq qonağa yağlı boya ilə çəkilmiş portretini hədiyyə edib.  

Professor çıxışdan sonra media nümayəndələrinin ona ünvanladığı sualları cavablandırıb, müəllifi olduğu kitablarını imzalayıb. 

Səbuhi HƏSƏNOV

 

 

 

Seçilən
1
2
xalqqazeti.az

5Mənbələr