AZ

"Real Madrid" ardıcıl ikinci il "Qızıl top" mərasiminə qatılmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" klubunun heyəti yenidən "Qızıl top" mərasimini buraxacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" yazır.
Bildirilir ki, komandanın mətbuat xidməti hələ ki, qarşıdan gələn mükafatlandırma mərasimi ilə bağlı məlumat yaymayıb.
Cari ildə "Real Madrid"in futbolçuları Vinisius Junior, Cud Bellinqem və Kilian Mbappe ilin ən yaxşı oyunçusu mükafatına, Tibo Kurtua ilin qapıçısı, müdafiəçi Din Höysen isə ən yaxşı gənc futbolçu (21 yaşa qədər) adına namizəddir.
Xatırladaq ki, keçən il "Real Madrid" Vinisiusun əsas mükafatı ala bilməyəcəyini öyrəndikdən sonra mərasimi boykot etmişdi.
Builki tədbir bu axşam Parisdəki "Şatle" teatrında keçiriləcək.
Seçilən
76
33
oxu.az

10Mənbələr