Terapevt Ruslan Muxametkulov insanların kəskin virus infeksiyası zamanı tez-tez yol verdiyi səhvləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini "ufatime.ru" yayıb.
Muxametkulovun sözlərinə görə, ən ciddi səhvlərdən biri antibiotiklərin nəzarətsiz qəbulu ilə bağlıdır.
Həkim bildirib ki, antibiotiklər viruslara qarşı təsirsizdir, yalnız bakteriyalara qarşı işləyir. Onların əsassız istifadəsi bağırsaq mikroflorasını zədələyərək immun sistemini zəiflədir və əlavə fəsadlar yaradır.
Mütəxəssis həmçinin 38–38,5 dərəcəyədək temperaturu dərhal salmağın, eləcə də xəstə halda işə getməyin təhlükəli olduğunu vurğulayıb. Onun fikrincə, yataq rejiminə əməl olunmaması xəstəliyin uzanmasına, fəsadların yaranmasına və iş yoldaşlarının yoluxmasına səbəb ola bilər.
Aytəkin TOFİQQIZI