AZ

Ağır qəzalar iki nəfərin həyatına son qoyduVİDEO

Yağışlı havada yoldan çıxan avtomobil kanala aşıb.

Xezerxeber.az-ın məlumatına görə, Astarada baş verən ağır qəzada 16 yaşlı yeniyetmə ölüb.

Hadisə gecə saatlarında rayonun Çayoba kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobildə olan Vaqo kənd sakini, 16 yaşlı İgid Salayev ağır xəsarətlər alıb. O, təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Avtomobildə olan yeniyetmənin dayısı heç bir xəsarət almayıb.

Ölən yeniyetmənin ata və anası boşanıblarmış. Onlar ana babasının evində yaşayırlarmış. Məlumata görə, yeniyetmə dayısı ilə birgə iş dalınca gedirlərmiş.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oğuzda isə 46 yaşlı kişi yolu keçmək istəyərkən həyatından olub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Baş Daşağıl kənd sakini, 46 yaşlı Sadəddin Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü ərazidən yayınıb. Onun tapılması üçün zəruri işlər aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
xezerxeber.az

1Mənbələr